“Xanımımdan sonra qızımı da itirmək əsl faciə idi”

“Xanımımdan sonra qızımı da itirmək əsl faciə idi”
1746 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Agent 007” kimi məğlubedilməz qəhrəmanları canlandıran aktyor Pirs Brosnan şəxsi həyatında çox böyük faciələrlə qarşılaşıb.
 
Axşam.az-ın məlumatına görə, sənətçi müsahibələrinin birində yaşadığı müsibətlərdən danışıb:

“Mən sevdiyin qadını itirməyin nə demək olduğunu bilirəm. Dul olmaq, övladlarını ana qayğısı görmədən böyütmək çox çətindir. Yoldaşım Kassandra dünyasını dəyişəndə mən məhv oldum. Sevdiyim qadının ölümcül xəstəlikdən hər gün əriyib getməsini izləmək yaşadığım ən ağır sınaq idi”.

Qeyd edək ki, Pirs və Kassandra 13 il evli olublar. Onların Şon adında oğulları var. Pirs, həmçinin, həyat yoldaşının öncəki evliliyindən olan iki qızını da övladlığa götürüb. Lakin qızlarından biri Şarlotta, keçən il anasının əziyyət çəkdiyi xərçəngdən dünyasını dəyişib. Aktyor qızının son gününə qədər yanında olduğunu bildirib:
 
“Son saniyəyə qədər Şarlottanın əlini buraxmadım. Onlar ikisi də xəstəliklə “kişi kimi” mübarizə aparırdılar. Xanımımdan sonra qızımı da itirmək mənim üçün faciə idi.”