“Onu öldürmək istəyirdim” - Aygün

“Onu öldürmək istəyirdim” - Aygün
3412 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova plastik əməliyyatı ilə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Düzünü desək” verilişinə açıqlamasında uğursuz əməliyyat etdirdiyini və buna görə depressiyaya düşdüyünü bildirib:

“Təbiətdən insanın özünün gözəlliyi olmalıdır ki, nəsə müdaxilə etdirəndə bir az da artıra biləsən. Başqa imicdə olmaq istədim, buna görə də dodaqlarımı şişirtdim. Sonra ondan bezdim, xilas olmaq qərarına gəldim. Çox çətin imiş. Neçə dəfə əməliyyatlar etdirdim. Daha sonra yanlış əməliyyat olundum. Həkim məni aldatdı. Nə qədər onu reklam etdim. Peşman oldum. Çünki yüzlərlə insan onun yanına getdi. Elə bir dərəcəyə gəlib çıxmışdım ki, onu öldürmək istəyirdim. Halbuki o türk həkim mənə nələr vəd etmişdi. Maraqlıdır ki, həmin həkim hələ də Azərbaycanda işləyir. Nə qədər insanları aldadır. Depressiyaya düşdüm, İstanbula getdim. Özümü heç kimə göstərmədim. Neçə dəfə ağır əməliyyatlar keçirdim, böyük ağrılar çəkdim. Amma bu problem aradan qalxmaya da bilərdi”.