Sevgilisi ilə qaçan Tarkan qəza törətdi - fotolar

Sevgilisi ilə qaçan Tarkan qəza törətdi - fotolar
2725 dəfə oxunub
  • A-
  • A
  • A+
Meqa star Tarkan gecə yarısı sevgilisi ilə görüntülənərkən qəza törədib.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, avtomobili ilə sahildə gəzən müğənni qəfil yanan kamera işıqlarını görüncə jurnalistlərdən qaçmaq istəyib. Dar küçələrdən birinə girən Tarkan qarşıdan gələn maşın səbəbindən durmaq məcburiyyətində qalıb.
 
Lakin bu zaman media mənsubları ifaçının sevgilisini görüntüləmək istəyiblər. Təşvişə düşən meqa star geriyə doğru hərəkət edib və maşınının sol aynasını digər avtomobilə  çırparaq qırıb.

Sürətlə hadisə yerindən uzaqlaşan sənətçinin ziyan vurduğu şəxsə maddi zərəri ödəyəcəyini söylədiyi öyrənilib.