Fəxriyyə Xələfova aparıcılıq etdi – video

Fəxriyyə Xələfova aparıcılıq etdi – video
1408 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti buraxılışında modelyer Fəxriyyə Xələfova aparıcı olub.

Axşam.az-ın məlumatına görə, modelyer “Top 10” rubrikasında ifaçıların kliplərini təqdim edib. Aşıq Samirə Əliyevanın “Tovuzum” adlı klipi onluğa daxil olub. Xalq artisti Nisə Qasımova və müğənni Röya Ayxan irəliləyərək ilk üçlüyə yüksəlib.

“Top 10”da birinci yerə əməkdar artist Manana çıxıb. Onluğu tərk edən ifaçı isə Zamiq Hüseynov olub.

Hər gün saat 16:00-da yayımlanan “Bu saat” verilişinin müəllifi Nail Naiboğludur.