Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi
4019 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Eldar Axundov dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, bu haqda ANS telekanalında yayımlanan "İç xəbər"də deyilib. 

Xəbərdə bu gün günorta saatlarında Nəsimi rayonu ərazisində yerləşən dayanacaqlardan birində naməlum kişi meyiti aşkarlandığı bildirilib. Hadisə şahidləri kişinin əvvəlcə halının pisləşdiyini, daha sonra yıxıldığını deyib. Tibbi ekspertizadan sonra vəfat edən şəxsin Eldar Axundov olduğu bəlli olub.
 
Həyat yoldaşı Natella xanım onun ürək-damar xəstəliyindən dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Mərhumun 65 yaşı var idi.