Xanımlar üçün vacib sirlər

Xanımlar üçün vacib sirlər
1615 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir xanım ləzzətli yemək hazırlamağın arzusundadır. Bunun üçün kiçik mətbəx sirlərini bilmək kifayətdir.

Axşam.az xanımlara hər an lazımlı olacaq məsləhətlər təqdim edir:

.Əgər lobya gec bişirsə, içərisinə 1 çay qaşığı araq tökün.

·Boyat peçenye və keksləri kağıza büküb, üzərinə azca su səpib, sobada 10 dəqiqə saxlasanız, onlar yumşalacaq.

·Biskvit bişirəndə daha yaxşı köpməsi və yumşaq olması üçün sobaya içərisinə azca su tökülmüş balaca qab yerləşdirin.

·Əridilmiş yağın təzə qalması və dadını dəyişməməsi üçün içərisinə qənd atın.

·Makaronun üzərinə hazırladığınız qiymənin içərisinə bir az ağ şərab töksəniz, dadı tamam fərqli alınar.

·Qarğıdalı qaynadarkən suyuna bir qaşıq şəkər tozu töksəniz daha ləzzətli olar.