Qənirə Paşayevanı belə görməmisiniz - foto

Qənirə Paşayevanı belə görməmisiniz -  foto
3770 dəfə oxunub
  • A-
  • A
  • A+
Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yeni status paylaşıb.

Axşam.az xəbər verir ki, xanım deputat Qaqauz türkləri haqda fikirlərini izləyiciləri ilə bölüşüb:

“Qaqauziya... Özümü sanki öz evimdəki kimi hiss edirəm. Qanı qanımızdan, dili dilimizdən olan qardaş-bacılarımız insanı o qədər səmimiyyətlə qarşılayırlar ki... Qaqauz türkləri demək olar ki bizimlə eyni ləhcədə danışır, çox az fərqlər var. Fərqimiz sadəcə onların xristian, bizim isə islam dinində olmamızdır. Adət-ənənələrin əksəriyyəti eynidir. Çox qonaqpərvərdirlər. Mənə Qaqauz türkü qadınlarının milli geyimini hədiyyə etdilər və sonra çox incə bir şəkildə "geyinərsinizmi" deyə soruşdular və mən də "əlbəttə, böyük məmuniyyətlə" dedim. Fotonu çəkəndə "tam bir Qaqauz türkünə bənzəyirsiniz" dedikləri zaman "doğrudur, siz də Azərbaycan türklərinə çox bənzəyirsiniz" dedim və gülüşdük. Qaqauziya və Qaqauz türkləri ilə bağlı kitabımı inşallah dekabr ayında təqdim edəcəm və inanıram ki, insanlarımız üçün maraqlı olacaq. Hər kəsə Qaqauziyadan salamlar”.