Ledi Qaqa alış-verişdə - fotolar

Ledi Qaqa alış-verişdə - fotolar
1827 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Ledi Qaqa İstanbulda alış-veriş edərkən görüntülənib.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, getdiyi hər mağazada yarım saatdan artıq qalan pop ulduz gözlərini günəşdən qorumaq üçün “ağıllı eynək” taxıb. Xeyli alış-veriş etdikdən sonra qaldığı otelə qayıdan L.Qaqa “Tvitter” səhifəsində bu sözləri yazıb:

“Bu gün çox ağladım. Həyatıma inana bilmirəm. Gözəl işlər görmək bəzən adama yorucu gəlir. Komandamın mənə olan inam hissinə görə onlara nə qədər təşəkkür etsəm, azdır. Həyatımı siz dəyişdirdiniz. Ümid edirəm ki, mahnılarım, şoularım və mesajlarımla sənətimin gözəlliyini bundan sonra da sizinlə paylaşa biləcəm”.

Qeyd edək ki, Nişantaşında kameralara tuş gələn Ledi Qaqa səhnədəki geyimlərindən fərqli olaraq, çox qapalı libası və yaylığı ilə diqqət çəkib.