Elariz toyda gəlinin dayısını döyüb

Elariz toyda gəlinin dayısını döyüb
2286 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elariz Məmmədoğlu “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı toyda adam döyməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, həqiqətən də, belə bir hadisənin baş verdiyini bildirib:

“Mənim iştirak etdiyim toylar mədəni olur. Biri istisna təşkil etdi. Gəlinin dayısı oxuduğum yerdə gəlib qulağıma söyüşlər söydü. Deyir, niyə o müğənnini bura gətirmisən, tərbiyəsizdir. Cavab verdim ki, mən dəvət etməmişəm, gəlinlə bəy çağırıb. Mən də səbirli olmağıma baxmayaraq, söyüşdə özümü saxlaya bilmirəm. Birtəhər oxudum. Gözümü də ondan çəkmirəm ki, məclisdən getməsin, oxuyub qurtarım, onun cavabını verim. Təxminən 40 yaşı olardı, enlikürək, bir yumruğu mənim iki başım boyda idi. Mərasimi yaxşı apardım. Gəlinlə bəy restoranı tərk edəndən sonra həmin adamı çağırdım ki, sən getmə. Bunu qəşəng döydüm, ağzı-burnu dağıldı, yerə yıxıldı. Cangüdənlər gəlib soruşdular ki, bunu kim yıxıb? Cavab verdim ki, mən. Dedilər sən adam da döyə bilirsən? Neyləyim, məcbur etdilər”.