“Mətbuatda yazılanlar doğru deyil" - Serenaydan açıqlama

“Mətbuatda yazılanlar doğru deyil" - Serenaydan açıqlama
3218 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Serenay Sarıkaya aktyor Çağatay Ulusoyla münasibətləri haqda ilk dəfə danışıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisa Çağatayla bağlı suala belə cavab verib:

“Mətbuatda yazılanlar doğru deyil. Düzdür, ayrılmışıq, amma serial çəkilişində heç bir problemimiz yoxdur. Yeni mövsüm çox yaxşı olacaq. Xoşbəxtik”.

Qeyd edək ki, “Medcezir” serialında baş rolda çəkilən cütlüyün ayrılmaları səbəbindən birgə səhnələrdə çətinlik çəkdikləri deyilirdi. Hətta Ç.Ulusoyun ekran işində S.Sarıkaya ilə öpüşmək istəmədiyi iddia olunurdu.