Ofisdə yuxunuzun gəlməyinə səbəb olan qidalar

Ofisdə yuxunuzun gəlməyinə səbəb olan qidalar
1251 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəzən işin ən ağır vaxtında yuxunuz gəlir. Stol başında güclə oturub, gözlərinizi açıq saxlamağa çalışırsınız. Buna yediyiniz qidaların səbəb olduğunu bilirsiniz?

Axşam.az Türkiyə mətbuatına istinadən iş prosesində yuxu gətirən qidaların siyahısını təqdim edir.

Badam – faydasını saymaqla bitməz. Amma badam tərkibindəki maqneziuma görə yuxunuzun gəlməsinə səbəb olur. Günorta iş prosesində bu qidadan yeməmək məsləhətdir.

Yulaf - tərkibindəki bəzi maddələr insulinin artmasına səbəb olur. Qandakı şəkəri yüksəldən bu qida yuxunu artırır.

Qırmızı gilas – bu dadlı meyvənin yuxu gətirdiyini çoxları bilmir. Təbii melatonin hormonunu artıran bu meyvə yuxululuq yaradır. Rahat yatmaq üçün gilası axşamlar yeyin.

"Xumus" (tərkibində zeytun yağı, küncüt, sarımsaq olan püre) – Bu təamı sevənlər rahat yuxu arzulayırlarsa, onu axşam yesinlər.