Türkiyənin məşhur caz qrupu Bakıya gəlir

Türkiyənin məşhur caz qrupu Bakıya gəlir
650 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda möhtəşəm “Türkiyə Caz Festivalı” keçiriləcək.

Axşam.az-ın məlumatına görə, 10-16 oktyabrda baş tutacaq festivalın birinci günündə çıxış edəcək qrup rəhbəri, Türkiyənin tanınmış caz ustası Bora Çeliker Azərbaycanda bu möhtəşəm tədbirdə iştirak etməsindən məmnun olduğunu bildirib.

Qeyd edək ki, musiqisevərlər oktyabrın 10-da saat 21:30-da “Park Bulvar”da yerləşən “Zeytun” restoranında “Bora Çeliker Trio”nu dinləyə bilərlər. Konsertə giriş sərbəstdir.