Səs-küylü “Kimdir nömrə 1?” ATV-də başlayır

Səs-küylü “Kimdir nömrə 1?” ATV-də başlayır
3606 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir vaxtlar ATV telekanalında yayımlanan “Nömrə 1” yarışmasına yenidən start verilib.

Axşam.az-ın məlumatına görə, oktyabrda efirə gedəcək və "Kimdir nömrə 1?" adlanacaq verilişin aparıcısı Cavid Güldür. Bu haqda əməkdaşımızla söhbətində danışan Cavid proqramın ötən dəfəkindən fərqlənəcəyini bildirib:

“Yarışmada 19 müğənni olacaq. İfaçılardan bəzilərini dəqiqləşdirməmişik. Bu dəfə təkrarçılıq olmasın deyə, bir vaxtlar "Nömrə 1" yarışmasında olan müğənnilərə müraciət etməmişik. İki ekspertimiz var: Afaq Gəncəli və Tolik. Maraqlı, fərqli bir veriliş alınacaq. Oktyabrın 14-də efirə başlamağı planlaşdırırıq”.

Qeyd edək ki, “Nömrə 1” yarışması illər əvvəl Emin Musəvinin aparıcılığı ilə yayımlanıb. Proqramın ən səs-küylü buraxılışı xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibinin dueli olmuşdu.

Sözügedən “Nömrə 1”in qalibi müğənni İzzət Bağırov seçilmişdi.