Məşhur müğənni həyat yoldaşından ayrılır

Məşhur müğənni həyat yoldaşından ayrılır
1372 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Avril Lavin və “Nickelback” qrupunun üzvü, vokalist Çad Kryuqer bir illik ailə həyatından sonra boşanırlar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çadın yaxınlarından biri məlumat verib. O deyib ki,artıq bütün Los-Anceles Ç.Kryuqerin bu qərarından danışır. Məşhur cütlüyün nikahının pozulmasının dəqiq səbəbləri isə bilinmir.

Qeyd edək ki, bu, Avril Lavinin ikinci uğursuz nikahıdır. Daha əvvəl o, musiqiçi Derik Uibli ilə 3 il ailəli olub. Daha sonra realiti şou proqramlarından birinin iştirakçısı Broudi Cennerlə eşq yaşayan Avril bir il sonra onunla da ayrılmış və Çad Kryuqerlə ailə qurmuşdu.