"32 kiloqram arıqlamışam" - "Toppuş bacı"

"32 kiloqram arıqlamışam" -  "Toppuş bacı"
5308 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyevadan xəbər var.

Axşam.az-ın məlumatına görə, aktrisa ATV-də yeni veriliş hazırladıqlarını bildirib:

“Bu dəfə də yarışma formatında olacaq. Proqramı Ülviyyə ilə (aktrisa Ülviyyə Əliyeva – red.) birlikdə aparacağıq. Maraqlı alınacaq. Anons çəkilişlərini bitirmişik”.

T.Əliyeva əməliyyatdan sonra artıq çəkilərindən xilas olmağından da bəhs edib:
 
“32 kiloqram arıqlamışam. Pəhriz saxlayıram. İdmanla məşğul olmuram. Özüm də çəkimin çox azaldığını hiss edirəm. Əvvəl bu o qədər hiss olunmurdu. Get-gedə istədiyim formanı alacam”.