Cem Yılmaz İradə İbrahimovadan nə istədi? - foto

Cem Yılmaz İradə İbrahimovadan nə istədi? - foto
3956 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İradə İbrahimova türkiyəli yumor ustası Cem Yılmaz, müğənni Özkan Uğur və aktyor Ozan Güvənlə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, birgə fotolarını İnstaqram səhifəsində paylaşan sənətçi xoşbəxt olduğunu deyib:

“Üç böyük ad məni görən kimi “Neyləyim alınmadı” mahnımı oxumağa başladı. Məndən İstanbulda olacaq konsertimi əvvəlcədən onlara xəbər verməyimi istədilər. İllər əvvəl oxuduğum bəstənin bu gün Türkiyənin üç tanınmışının dilində olması məni və yaradıcı heyətimizi çox xoşbəxt etdi. Vaqif Gərayzadəyə sonsuz təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki, bu gözəl mahnını yazmısınız, mən də ifa etmişəm”.