“Sən kimsən” deyib, studiyanı tərk edirlər”

“Sən kimsən” deyib, studiyanı tərk edirlər”
4450 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər” telekanalının aparıcısı Zaur Kamala irad tutublar.

Axşam.az-ın məlumatına görə, aparıcı “5/5” verilişində insanların ona “Çox kobudsan” deyə etiraz etdiklərini söyləyib. Lakin Z.Kamal bu ittihamları qəbul etmir:

“Bu, kobudluq deyil. Redaktor qulağıma deyir: tez telefonu bağla, xəbərlərə keç. Mən də məcburən insanlarla söhbəti qəfil kəsirəm. Qonaqlarla dilxoşluq edirik. Onları iynələmirəm, sadəcə, maraqlı söhbət aparırıq. Onlar da mənim xətrimi çox istəyir, zarafat etdiyimi bilirlər. Heç bir müğənni belə sözlər deyən aparıcının qarşısında dayanmaz. Başqa verilişə baxıram aparıcılar nəsə deyəndə sənətçilər  əsəbləşirlər, “Sən kimsən, mənimlə necə belə danışırsan” deyib studiyanı tərk edirlər. Çox sağ olsunlar, mənə hörmətləri var. Çünki efirdən sonra həmin müğənnilərlə deyib-gülürəm”.