"Lüt bədəni nümayiş etdirmək əxlaqa sığmır"

"Lüt bədəni nümayiş etdirmək əxlaqa sığmır"
5680 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ümumiyyətlə İslam dininə görə, uşağı qanunsuz, yəni atası bəlli olmadan dünyaya gətirmək olmaz, bu zinadır və böyük günahdır. Açıq-saçıq geyinmək, yaxud da lüt bədəni nümayiş etdirmək də əxlaqa sığmır”.

Axşam.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül şou-biznesin bəzi qadın müğənnilərinin son vaxtlar mətbuata atasız uşaq dünyaya gətirmələrinə və açıq-saçıq geyinmələrinə münasibət bildirərkən deyib.

Cəmiyyət rəhbəri ad çəkməsə də, tanınmış müğənniləri əxlaqsızlıqda ittiham edib:

 “Görünən kəndə bələdçi lazım deyil. Soyunanlar da ortalıqdadır, nikahsız doğan da, doğmayan da. Mən onları əxlaqa dəvət edirəm. Zinadan uzaqlaşsınlar, tövbəyə gəlməsələr də, heç olmasa əxlaqlarını qoruyub saxlasınlar”.