“Murad Mərvə ilə evlənməyəcək” – müğənninin keçmiş sevgilisi

“Murad Mərvə ilə evlənməyəcək” – müğənninin keçmiş sevgilisi
3450 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Duyğu Çetinkaya aparıcısı olduğu “Söyləməsəm, olmaz” verilişində keşmiş sevgilisi, müğənni Murad Dalkılıç haqda maraqlı açıqlamalar verib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, o, Muradın hazırkı sevgilisi Mərvə Boluğurla evlənməyəcəyini iddia edib:

“Murad Mərvə ilə evlənməyəcək. Çünki iki qoçun başı bir qazanda qaynamaz. Murad başqa birinə aşiq olacaq. Bizim münasibətimiz qurtarandan sonra o, başqa qızlarla görüşməyə başladı. Tanış olduğu hər xanıma eşq elan etdi, onlarla yaxınlaşdı. İndi Mərvəyə göndərdiyi mesajları o vaxt başqa qızlara yazırdı.
 
Muradın Mərvə ilə münasibəti media üçün “qurmaca”dır. Onlar sevgi etiraflarını media vasitəsi ilə edirlər, mətbuata “oynayırlar”. Belə bərabərliklər həmişə tez bitir. Mənim Muradla münasibətim daha ciddi idi. Sadəcə olaraq, o zaman həyatımın ən çətin anlarını yaşayırdım. Yaxın dostum rəhmətə getdi, atamla anam boşandı. Mən o vaxt depressiyada idim, dərmanlar qəbul edirdim. Ona görə də, Muradla aramız pisləşdi.

Onu daha çox incitməmək üçün də ayrıldım. Əgər belə problemlərim olmasaydı, biz onunla evlənəcəkdik. Çünki o mənim üçün çox dəyərli idi. Murad da eyni cür düşünürdü. O, həmişə deyirdi ki, ətrafımızdakı araqarışdıran insanlar olmasaydı, evlənərdik. Doğrudur, biz haqqımızda gəzən şayiələrə çox fikir verirdik. Muradı çox istəyirəm. Ümid edirəm ki, o xoşbəxt olacaq.”