Seda Sayana görə 800 min cərimə ödəyəcəklər

Seda Sayana görə 800 min cərimə ödəyəcəklər
2433 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Seda Sayanın “Show TV”də yayımlanan verilişinə 2 həyat yoldaşını öldürən şəxsi qonaq etməsi sərt etiraza səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 5 dəfə ailəli olan və bu yaxınlarda yenidən evlənmək üçün “Flaş TV”də proqrama qatılan Səfər Çalınak adlı həmin insanın efirə çıxması tamaşaçıları qəzəbləndirib. S.Sayan isə sosial şəbəkədə izləyicilərin qınağı ilə üzləşib.

Bununla bağlı “Show TV” cəzalandırılıb. Belə ki, telekanal Radio və Televiziya Şurasının (RTÜK) qərarına əsasən, reklam gəlirinin yüzdə iki hissəsini onlara ödəməlidir. Bu isə 800 min lirə (təxminən 400 min dollar) edir.