Beyonsun daha bir bacısı ortaya çıxıb

Beyonsun daha bir bacısı ortaya çıxıb
1156 dəfə oxunub
  • A-
  • A
  • A+
R&B ulduzu Beyonsun atasının nikahdankənar daha bir övladı olduğu ortaya çıxıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş model Takoya Brenskomb müğənninin atası, 63 yaşlı Metyu Noulsu məhkəməyə verib. Model 4 yaşlı qızının atasının Metyu olduğunu iddia edib.
 
Beyonsun atası və eks-meneceri bu xəbərləri təkzib etsələr də, qan analizlərinin nəticələrinə əsasən, M.Noulsun həmin uşağın atası olduğu aydınlaşıb.Takoya məhkəmə vasitəsi ilə Metyudan qızı üçün aliment almağı planlaşdırır.

Qeyd edək ki, bu, Metyunun nikahdankənar ilk övladı deyil. Onun aktrisa Aleksandra Raytdan eyni yaşlarda bir oğlu da var. Nouls 4 yaşlı oğlu ilə də görüşmür.

Xatırladaq ki, Aleksandra Raytla münasibəti Metyunun 30 illik həyat yoldaşı Tina ilə boşanmasına səbəb olmuşdu. Bu il isə M.Nouls model Hena ilə ailə qurub. Onun toy mərasimində nə Beyons, nə də bacısı Solanc iştirak edib.