Keyt Midltonun yeni hamiləlik fotosu

Keyt Midltonun yeni hamiləlik fotosu
1579 dəfə oxunub
  • A-
  • A
  • A+
Hersoginya Keyt Midlton və şahzadə Uilyam ötən gün jurnalistlər tərəfindən görüntülənib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, gənc ailə İngiltərənin Norfolk şəhərində restorandan çıxarkən obyektivlərə tuş gəlib. Hamiləliyi artıq bəlli olan hersoginya, həmin gecə idman üslubuna üstünlük verib. Hersoq Uilyam da xanımının tərzinə uyğun geyinib.
 
Qeyd edək ki, hersoginyanın hamiləliyini ağır keçirdiyi söylənilir. Hələ 12 həftəlik hamiləliyinə baxmayaraq, Keyt artıq bir neçə iş səfərini təxirə salmalı olub.