Obama, Klinton və Kluni vəkilin kələyinə gəldilər

Obama, Klinton və Kluni vəkilin kələyinə gəldilər
875 dəfə oxunub
  • A-
  • A
  • A+
Los-Ancelesdə vəkil Svetlana Sanqari özünə müştəri yığa bilməkdən ötrü saxta yola əl atıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, vəkil şöhrətini artırmaq üçün fotoşop proqramı vasitəsiylə özünün prezident Barak Obama, eks-prezident Bill Klinton, aktyor Corc Kluni, Cemi Foks, Paris Hilton, Ellen kimi məşhurlarla şəklini düzəldib.

Həmin fotoları rəsmi saytında yerləşdirən vəkil başına iş açıb. Şəkillər çox inandırıcı alınsa da, peşəkarlar onların saxta olduğunu ortaya çıxarıb. Fotolarda yer alan məşhurları da narahat edən bu məsələ Dövlət Məhkəməsi tərəfindən araşdırılır.

Hal-hazırda vəkil məhkəmə qərarı ilə, vəzifəsindən 6 aylıq kənarlaşdırılıb.