Aybəniz Haşımovanın qızı Türkiyədə oxuyacaq

Aybəniz Haşımovanın qızı Türkiyədə oxuyacaq
3605 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva təhsilini Türkiyədə davam etdirəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni sosial şəbəkədə yazıb. O, Aynişanın magistraturaya qəbul olunduğunu vurğulayıb:
 
“Həyatımın ən xoş xəbərlərindən birini aldım. Balam İstanbul Bahçeşehir Universitetinin yüksək lisenziyalı magistraturasına qəbul olub. Çox sağol, qızım, mənə yaşatdığın bu xoş anlar üçün. Onun bu yüksək pillələrə ucalmağına görə ölkəmin, 210, 189 saylı məktəbin yüksək bilikli müəllimlərinə dərin minnətdarlığımı bildirirəm. Xalid, balan bir yüksək pillə də qazandı. Bayramın mübarək!”.

Qeyd edək ki, hazırda A.Haşımova qızı ilə birlikdə İstanbuldadır.