Polisin axtardığı Dəniz Səkinin albomu çıxdı

Polisin axtardığı Dəniz Səkinin albomu çıxdı
1341 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilən, lakin maydan bəri tutula bilməyən türkiyəli müğənni Dəniz Səkinin yeni albomu işıq üzü görüb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, sənətçinin həbs qərarından öncə hazırladığı “İz” adlı albomu həftəsonu satışa çıxacaq. Əsas mahnı “İyisin tabi”yə çəkilən klip isə bazar günü saat 20:00-da yayımlanacaq.
Sözləri İsra Gülümsərə, musiqisi Əmir Teema və Xeled Ezzə aid olan bəstəni rejissor Dəniz Akel ekranlaşdırıb. Çəkilişlər üç fərqli məkanda aparılıb.