Aygün: "İkinci dəfə ana olmaq..." - video

Aygün: "İkinci dəfə ana olmaq..." - video
3888 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin verilişi "Onlar"da yenə maraqlı açıqlamalar veriblər.

Axşam.az-ın məlumatına görə, sentyabrın 21-də saat 14:00-da ATV telekanalında yayımlanacaq proqramın növbəti buraxılışında aparıcı Mətanət Əliverdiyeva düşməninə də salam verdiyini deyib.
Əməkdar artist Abbas Bağırov “Röya niyə inciyir ki?”, deyə maraqlı açıqlamalar verib. Xalq artisti

Aygün Kazımova 111 qızıl gülündən danışıb. O, yenidən ana olmaq istəmədiyini bildirib. Türkiyəli ifaçılar Demet Akalın və Gökhan Özenin özəl müsahibəsini “Onlar”da izləyəcəksiniz.

Müğənni Sevinc Ağaşirinova özünü Azərbaycanın “Cennifer Lopez”i adlandırıb.

Xalq artisti Məleykə Əsədova, əməkdar artist Gülyanaq Məmmədovanın yeni açıqlamalarını “Onlar”da görəcəksiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.