Ceyhundan yeni mahnı: "Şirin dilli" - video+fotolar

Ceyhundan yeni mahnı: "Şirin dilli" -  video+fotolar
1678 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ceyhun Əliyev yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Axşam.az-ın məlumatına görə, “Şirin dilli” adlanan bəstənin müəllifi ifaçının özüdür. O, mahnı ilə əlaqədar fotosessiya etdirdiyini də deyib:

“Bəstə qısa vaxtdır ki, yayımlanır və böyük maraq doğurub. Əgər tələb olsa, ona klip də çəkdirəcəm. Fotosessiyamız “Şirin dilli” mahnısının şərəfinə yarandı. Fotoların müəllifi Delle, montajçısı Ramin Quliyevdir. Ramin şəkillərimdən ibarət video-çarx da hazırlayıb. Çəkilişdə mənə dəstək olan menecer Ulyaya, piar-menecer Məhəmmədə təşəkkür edirəm”.