Kamran Həsənli müğənniləri “çuşka” adlandırdı

Kamran Həsənli müğənniləri “çuşka” adlandırdı
3283 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Kamran Həsənli bayağı mahnılardan danışıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “Günəbaxan” verilişində bu mahnıları səsləndirənlərin ünvanına sərt sözlər deyib:

“Azərbaycan bəstələrində ritm əmələ gəlməyə başlayıb. Nadir Qafarzadə deyir ki, bunu çörək üçün, pul xətrinə oxuyuram. O, düzünü etiraf edir. Tamaşaçı bayağı mahnılar istəyir. Bu dəqiqə müğənnilər içində “çuşkalaşmaq” dəbdədir. Məşhur müğənnilər, hətta Zülfiyyə Xanbabayeva da 6/8 ritmində mahnı oxumağa başladı. Beş-altı il bundan qabaq Faiq Ağayev, Aygün Kazımova, Röya, Rüfət Mehdiyev, Samirə əməlli-başlı keyfiyyətli musiqi oxuyurdular, üst qata gəlib çatmışdılar. Amma son vaxtlar birdən-birə nə baş verdi bilmirəm, bu adamlar bizneslə məşğul olmağa başladılar”.