“Sevirəm, sevilirəm, xoşbəxtəm” – Aygün Kazımova

“Sevirəm, sevilirəm, xoşbəxtəm” – Aygün Kazımova
3324 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova “Gündəlik” verilişində qonaq olarkən ona göndərilən 111 qızılgüldən danışıb.

Axşam.az-a açıqlama verən müğənni güllərin sevdiyi şəxs tərəfindən göndərildiyini etiraf edib:

“Bu günə kimi heç kimin sevgilisi canlı efirdə belə bir jest etməyib. Sevirəm və çox sevilirəm. Xoşbəxtəm... Yanımda olmadığı üçün məhəbbətini, diqqətini bu cür bildirir. Demək istəyir ki, mən hər zaman səninləyəm. Həmişə mənimlə olduğunu göstərir. Sənətimi də çox izləyir”.

Yeni mahnısından söz açan A.Kazımova onun həyatından bəhs etdiyini bildirib:

“Mahnının sözləri Fərdiyə, musiqisi Hakan Erola məxsusdur. Bu sözlər mənim birbaşa sevgi həyatıma aiddir. Çox söz göndərmişdilər. Həyatımdan bəhs etdiyi üçün bunu seçdim. 25 gündən sonra bəstə efirlərdə olacaq”.

Qeyd edək ki, xalq artisti “Sənə xəstəyəm” adlı mahnısından bir parçanı İnstaqram səhifəsində yerləşdirib:

“Gözüm yox dünya malında, Bircə zərrə istəyəm... Yalnız sənə vurğun ürək, Ancaq sənə xəstəyəm...”

Zəhra ƏHMƏDOVA