“Məni öpmək asan deyil” - fotolar

“Məni öpmək asan deyil” - fotolar
2750 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sıla ötən axşam Harbiye Açıkhavada konsert verib.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, yağışın proqramın başlamasına az qalmış kəsməsi ifaçını dinləməyə gələnləri olduqca sevindirib. Tanınmış dizayner Çingiz Abazoğlunun hazırladığı libasla səhnəyə çıxan Sıla bir-birindən maraqlı mahnılarını səsləndirib.

Fanatlarından birinin ondan öpüş istəməsinə isə müğənni belə cavab verib:
 
“Məni öpmək asan deyil. Bax, daha bir gözəl mahnı oxuyacam, məndən sənə öpüş kimi getsin”.

Qeyd edək ki, Sıla təxminən 3 saat səhnədə qalıb.