Elnur: “Desəm ki” - audio

Elnur: “Desəm ki” -  audio
2006 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnur Məmmədov yaradıcılığındakı yeniliklərdən danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı sözləri və musiqisi Aygün Quliyevaya məxsus “Desəm ki” adlı yeni mahnı oxuduğunu bildirib:
 
“Artıq istirahət mövsümünü geridə qoyduq. Amma açığını desəm, yaxşı dincəlmədim. Bəzi sənət dostlarımla birgə Fransada bir layihənin çəkilişi üçün bir araya gəldik. Səfərdən qayıtdıqdan sonra dərhal iş başına keçib, bir neçə mahnı lentə aldırdım. Məhz həmin bəstələrdən birini hazırda sizinlə bölüşürəm. Aranjimanı Hakan Erola məxsus olan bu mahnının seviləcəyinə inanıram”.