Nikol Kidman atasının dəfn mərasimində - fotolar

Nikol Kidman atasının dəfn mərasimində - fotolar
1865 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun avstraliyalı ulduzu Nikol Kidman keçən həftə dünyasını dəyişən atasını torpağa tapşırıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa atasının dəfn mərasimində göz yaşlarını saxlaya bilməyib. Həyat yoldaşı Kit Urbanın əlini bir an belə buraxmayan sənətçi hisslərini cilovlamağı bacarmayıb.
 
75 yaşlı Antoni Kidmanın dəfn mərasiminə Nikolun qızları da qatılıb. Xatırladaq ki, psixoloq A.Kidman Sinqapurda kiçik qızı Antoniyanı ziyarət etməyə gedərkən qəflətən  ürəyi dayanaraq ölmüşdü.
 
Qeyd edək ki, hüzrdə iştirak edən məşhurlar arasında Nikolun yaxın dostu aktyor Rassel Krou da olub.