"İPhone 6" almaq üçün ABŞ-a gedən azərbaycanlı - foto

"İPhone 6" almaq üçün ABŞ-a gedən azərbaycanlı -  foto
3960 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki texnologiya həvəskarları içərisində "İPhone 6"nı satın almaq üçün növbəyə duranlar sırasında azərbaycanlılar da var.

Axşam.az Modern.az saytına istinadən xəbər verir ki, şəkildə gördüyünüz Bakı şəhər sakini İbrahim Niyazov telefona sahiblənmək üçün artıq okeanın o tayındadır. ABŞ-ın Virginiya ştatında telefon növbəsində olan həmyerlimizin sözlərinə görə, artıq onun növbəsi bu dəqiqələrdə çatıb.

“Bu xəbər sizin portala yerləşənə qədər mən telefonu alacağam. Çox həyəcanlıyam. Məndən başqa burada bir neçə azərbaycanlı da var. Telefonun qiyməti burada 900 dollardır”.

İ.Niyazov orada telefona görə çadırda yatanların olduğunu da deyib.