"Müğənnilərin xarizması yoxdur" - Murad Dadaşov

"Müğənnilərin xarizması yoxdur" -  Murad Dadaşov
1433 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Murad Dadaşov yenə də yerli sənətçilərimizlə bağlı qalmaqallı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, o, ANS-də yayımlanan “Xəbərsizsinizmi?” verilişində yerli sənətçilərin heç kimə lazım olmadığını bildirib:
 
“Bu gün uşaqlarımızdan qəhrəman adı soruşuruq: Betman, Hörümçək adam və başqa xarici personajların adlarını çəkirlər. Milli heç nə yoxdur. Eləcə də müğənnilərimiz. Azərbaycanda heç bir ifaçı maraqlı konsert təqdim edə bilməz. Biz heç yerdə lazım deyilik. Hansı musiqiçimiz özündən sonra kimisə yetişdirib, onun tanınmasına təkan verib, studiya yaradıb? Heç biri... Yerli müğənnilərimiz elə qonorar irəli sürürlər ki, onu yalnız varlı insanlar ödəyə, tədbirlərində görə bilərlər. Gördüyümüz iş aldığımız qonorardan aşağıdır. Xarici ulduz ən az 150 min avroya Bakıya gəlir. Böyük bir orkestrlə, canlı ifa edir. Baxırsan ki, iki saat elə bir çıxış göstərdi ki... Aldığı qonorar ona dəyər".

M.Dadaşov sənətçilərimizin beynəlxalq layihələrə can atmaq istəməməsini də irad tutub:

"Heç kim məndən inciməsin... Bir-iki nəfəri çıxmaq şərtiylə, heç bir azərbaycanlı ifaçı beynəlxalq layihəyə can atmır. Çünki işləmək, səhər tez oyanmaq lazımdır. Pop musiqisinə dövlət dəstək verə bilməz. Bunu telekanallarımız etməlidir. Bayağı mahnı verirlər. Elə düşünməyin ki, biz ancaq özümüz-özümüzə baxırıq. Azərbaycan kanalları peykdə yayımlanır, dünya baxır. Bizim klipləri götürüb, gülməli şəklə salıb, yayırlar. Mən pis hala düşürəm. Xaricdə bir tədbir olanda təklif edirəm ki, azərbaycanlı müğənni çağıraq. Deyirlər “Lazım deyil, nə olduqlarını bilirik, ehtiyac yoxdur.
Bayağılığı valideyn övlada öyrədir. Bu gün valideynlər uşaqlarının suallarına cavab vermirlər. Bu halda keçəcək, inkişaf da edəcəyik. Mənim açıqlamam musiqiçilərin özlərinədir. Bir-iki müğənni var ki, xarici görkəminə görə qarşısına tələb qoyur. Digərlərinin xarizması yoxdur. Xaricdə şəkillərini qoy, soruş bunun hansı müğənnidir? Heç biri deməz ki, bu, oxuyandır”.