Zaur küsülü olduğu müğənninin adını açıqladı

Zaur küsülü olduğu müğənninin adını açıqladı
5261 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” telekanalının aparıcısı Zaur Kamal müğənni Xumar Qədimova ilə küsülü olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, aparıcı onu dəfələrlə “5/5” verilişinə çağırdığını, amma qarşı tərəfin etiraz etdiyini söyləyib:

“Xumar Qədimova söyləyir ki, Zaur, bizim münasibətlər qurtarıb. Səninlə canlı efirə çıxmaq olmaz. Deyir ki, nə gəldi soruşursan. Onun xətrini çox istəyirəm, radioda mahnılarını tez-tez təqdim edirəm. Bəlkə də, Xumar Qədimovanın nəğmələrini ən çox tanıdan mən olmuşam. Bir dəfə verilişdə demişdi ki, bunu belə et. Mən də qulaq asmadım. Ona görə də, küsülüyük. Düzdür, arada zəng edirəm, danışırıq, amma proqramıma gəlmir. Bir gün çiçək dəstəsi alıb çəkiliş qrupu ilə evinə gedəcəm. Xumar xanım bilir ki, mənim yanımda o olanda veriliş baxımlı olur”.