Bu il doğulan əkizlərin sayı bilindi - Azərbaycanda

Bu il doğulan əkizlərin sayı bilindi - Azərbaycanda
1964 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Statistika Komitəsi bu ilin ilk 6 ayı ərzində doğulanlarla bağlı statistikanı açıqlayıb.

Komitədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ilin ilk 6 ayı ərzində respublikamızda 79608 uşaq dünyaya gəlib. Doğulanlardan 42647 nəfəri oğlan, 36961 nəfəri isə qızdır.

Mətbuat xidmətindən verilən məlumata görə, bu illin ilk 6 ayında doğulan əkizlərin sayı 1396, üçəmlər isə 30 nəfərdir.