Habil Əliyevin səhhətindən xəbər var

Habil Əliyevin səhhətindən xəbər var
1630 dəfə oxunub
  • A-
  • A
  • A+

“Habil müəllimin müalicələri davam edir. Amma hələ müsahibəlik deyil. Çox da danışa bilmir. Böyük qızım həkimdi. Bu dəqiqə burdadı. 

Habil müəllim elə evdə həkim nəzarəti altında qalır. Ümumilikdə əvvələ baxanda çox yaxşıdır. 3-4 günə müsahibə almaq istəsəniz danışa bilərsiz”.

Axşam.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında xalq artisti, kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib.

Ş.Əliyevanın dediyinə görə xalq artisti əvvəlki aylara nisbətdə indi xeyli yaxşılaşsa da, hələ də başqaları ilə uzun müddətli ünsiyyət qurmaqda çətinlik çəkir. Elə bu səbəbdən də sənətkarın səhhəti ilə maraqlanan sənət  dostları onu narahat etməmək üçün evə gəlməyib, telefonla əlaqə saxlayırlar:

“Sənət dostları, başqa adamlar ancaq telefonla zəng edib maraqlanırlar. Bilirlər ki, evə baş çəkəndə narahat olur”.