Pətək Dinçöz Şamaxıda şou göstərəcək - fotolar

Pətək Dinçöz Şamaxıda şou göstərəcək - fotolar
2940 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Pətək Dinçöz Qurban bayramında Azərbaycana səfər edəcək.

Axşam.az-ın məlumatına görə, ifaçı oktyabrın 5-də Şamaxıdakı “Rixos Hotel”də konsert proqramı ilə çıxış edəcək. Bu barədə gecənin təşkilatçısı Nahid Emiloğlu məlumat verib:

“Əvvəlcə səhnəyə müğənni Zarina Məmmədova çıxacaq. Pətək yeni işıq üzü görən albomundan mahnıları ilk dəfə bu konsertdə səsləndirəcək. Onunla birlikdə 28 nəfərdən ibarət yaradıcı kollektivi də Şamaxıya gələcək. Qonaqlar arasında həmçinin maqazin verilişlərinin nümayəndələri yer alacaq. Çox əyləncəli bir gecə olacaq. Dinçöz maraqlı rəqs şousu göstərəcək".

Qeyd edək ki, gecənin informasiya dəstəyi Axşam.az saytıdır.