Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1631 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah günorta saatlarında Bakıda havanın temperaturu 27 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənən mülayim şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 24-27 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 20-də qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-19, gündüz 13-18 dərəcə isti təşkil edəcək.