Acun məşhur serialı öz kanalına transfer etdi

Acun məşhur serialı öz kanalına transfer etdi
3930 dəfə oxunub
  • A-
  • A
  • A+
“TV8” kanalını aldıqdan sonra burada əsasən əyləncə və idman proqramlarına üstünlük verəcəyini deyən türkiyəli prodüser, bir çox məşhur layihənin müəllifi Acun İlıcalı yeni mövsümdən yerli serialları da öz kanalına transfer etməyə başlayıb.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, A.İlıcalı artıq ilk addımını atıb. Belə ki, hazırda “Star”da yayımlanan “Qaçaq gəlinlər” serialı 13-cü seriyasından sonra yayımını “TV8”də davam etdirəcək.
 
Qeyd edək ki, adıçəkilən ekran işinin baş rol ifaçıları Selin Şəkərci, Dəniz Baysal və Açelya Topaloğludur.