Heydər Əliyev Sarayı yeni mövsümə başladı - fotolar

Heydər Əliyev Sarayı yeni mövsümə başladı -  fotolar
1483 dəfə oxunub
  • A-
  • A
  • A+
Heydər Əliyev Sarayı yeni mövsümü açıq elan edib.

Axşam.az-ın məlumatına görə, bununla bağlı “İsti payızın sərin nəğmələri" adlı konsert keçirilib.

Sarayın təşəbbüsü ilə baş tutan gecədə sənətçilər - Səbinə Babayeva, Sevda Yəhyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, əməkdar artist Səlim Abbasov, "COMEDY.AZ" kollektivi və “Cəngi” rəqs ansamblı iştirak edib.

Bundan əlavə, xanəndələr - Gülay Qədirova ilə Elnur Zeynalovun muğam ifaları və təsnifləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Onları tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət edib. Ənənəvi olaraq, Heydər Əliyev Sarayının rəhbərliyinin dəvəti ilə Binəqədi və Nəsimi rayonu Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin, Psixo Nevroloji Dispanserin, “Dəcəllər” Daun Sindromlu Xəstə Uşaqlar Birliyinin, “Himayə” və “Ümid işığında” uşaq təşkilatlarının kollektivləri təmannasız musiqili-əyləncəli konsert proqramında iştirak edib.