Məşhur müğənni özünü dəb aləmində sınadı – fotolar

Məşhur müğənni özünü dəb aləmində sınadı – fotolar
2021 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva özünü yeni sahədə sınayıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Brejneva “Re” şirkətinin nəzdində “Ververa for Re” geyim kolleksiyasını yaradıb. 32 yaşlı sənətçinin geyim tərzinin heyranları bu xəbərə çox seviniblər.

Kolleksiyaya gündəlik libaslar, palto, klassik şalvar və köynəklər daxildir. Geyimlərin qiyməti 150 manatdan 350 manata qədərdir.
 
Vera: “İlk geyim kolleksiyamı təqdim etdiyimə görə çox qürurluyam. Çoxdan belə bir arzum var idi, bu gün reallaşır. Kolleksiyama sevgi qatmışam”, deyə bildirib.