Xanımlara özəl məsləhətlər

Xanımlara özəl məsləhətlər
2190 dəfə oxunub
  • A-
  • A
  • A+
Xanımların hər biri mətbəxdə özəl yeməklər hazırlamağı arzulayır. 

Axşam.az xarici mətbuata istinadən mətbəxdə sizə lazım olacaq xırda məsləhətlər təqdim edir: 

· Mürəbbə bişirəndə içərisinə bir-iki damcı həmin meyvənin siropundan töksən, rəngi daha təbii və gözəl alınacaq.

· Blenderdən keçirilən şorbanı yenidən oda qoymaq olmaz. Bu zaman ərzaqlar bütün vitaminlərini itirir.
· Əgər xiyar turşusunun daha xırçıltılı alınmasını istəyirsənsə, onu 2 saat soyuq suyun içərisində saxla. Şüşə qablara yığanda içərisinə bir xörək qaşığı şəkər tozu və bir-iki qara qarağat yarpağı at.

· Ət bişirəndə içərisinə limon suyu töksəniz həm dadlı olar, həm də tez bişər.

· Sobada bişən toyuğun yumuşaq qalması üçün üzərinə marqarin və limon suyu çək.

· Plov bişirəndə düyünün ağ olmasını istəyirsənsə, suyuna bir-iki damcı limon suyu tök.