"Həyatımda başqa insanlar oldu, amma xəyanət etmədim" - fotolar

"Həyatımda başqa insanlar oldu, amma xəyanət etmədim" -  fotolar
6362 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda 54 yaşlı Douq Hutçisonla evlənən 20 yaşlı müğənni Kortni Stodden bir partidə görüntülənib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cazibədar ifaçı cəlbedici geyimi ilə diqqəti öz üzərinə cəmləyib. Sinəsiaçıq qırmızı köynək və cins şalvar geyinən Kortni şəkil çəkdirərkən jurnalistlərin suallarını da cavablandırıb.
 
Müğənni Douqla 6 aylıq ayrılıqdan sonra yenidən bir araya gəlmələri haqda danışıb:

“Biz ayrı ikən mənim həyatımda başqa insanlar oldu. Amma bu o demək deyil ki, mən Douqa xəyanət etdim. Hazırda çox xoşbəxtik və öz evlilik andlarımızı təkrarlamaq istəyirik".
 
Qeyd edək ki, Kortni həyat yoldaşı ilə 16 yaşında olarkən evlənib.