"Ana olmaq istəmirəm, sevgilimlə xoşbəxtəm" - Aygün

"Ana olmaq istəmirəm, sevgilimlə xoşbəxtəm" - Aygün
2985 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova “Onlar” verilişində maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, müğənni şəxsi həyatından, xoşbəxtliyindən danışıb:

“Hazırda sevdiyim şəxs yanımda yoxdur, uzaqdadır, amma mənim ürəyimdədir. Hər an, hər saniyə mənimlədir. Qəlbim sevgi ilə döyünməyə başladı. Çox xoşbəxtəm, hiss olunur. İndiyə kimi belə bir şey baş verməyib. Allah bu sevgini bizə çox görməsin. Biz başqa şəhərdə tanış olmuşuq, o, əcnəbidir. Şükürlər olsun ki, neçə ildən sonra yaranan sevgim mənə sənətimdə, işimdə stimul verir. Tamamilə fərqli sənətin nümayəndələriyik”.

A.Kazımova yenidən ana olmaq istəyib-istəməməsi ilə bağlı suallara da cavab verib:

“İstəmirəm. Sevgimlə xoşbəxtəm. Sevdiyin insandan diqqət görmək özəl hisslərdir, bunu izah edə bilmərəm. Mənim qəlbimi qazanmaq həm asandır, həm də çətin. Gərək kişi adam olasan. Həmin şəxs mənə dəstək verən biri olmalıdır”.

Xalq artisti həyat tərzini də tamamilə dəyişdiyini etiraf edib:

“Kənardan heç nəyi vecimə almayan kimi görünürəm. Hər şeyi götür-qoy edən insanam. Oturub baxıram, nə ki, əhvalımı pisləşdirir, onları kənara qoyuram. Hamısı gözəlliyimə, daxili dünyama təsir edir. Yoqa ilə məşğul oluram. Bu da dərindən düşünməyə köməkçi vasitədir. Tennis də oynayıram. Bircə qaçmaqdan xoşum gəlmir. Məşqçim dedi ki, tennisi Hülya Avşardan bir az zəif oynayırsan. Demək, o da güclü rəqib deyil. Bir il məşq etsəm, onu keçərəm”.