Ebru Gündeş bir evin puluna geyim aldı

Ebru Gündeş bir evin puluna geyim aldı
5373 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Ebru Gündeş münsifi olduğu “O səs Türkiyə” yarışmasının yeni mövsümündə geyinmək üçün aldığı paltarlara 400 min lirə (təxminən 140 min manat) pul xərcləyib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, qış qarderobunu yeniləyən sənətçi həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zerrab və qızı Alara üçün də libaslar alıb. E.Gündeş mağazadan çıxarkən əşyalarının villasına göndərilməsini istəyib.
 
Qeyd edək ki, ifaçının ödədiyi məbləğ bir evin puludur. O, keçən il də 1, 5 milyon lirə (təxminən 525 min manat) alış-veriş qarşılığında 300 min lirə (təxminən 105 min manat) bonus yığmışdı.