Əkizlər Röyaya “ilişdi” – “Burnu bərbad gündədir”

Əkizlər Röyaya “ilişdi” – “Burnu bərbad gündədir”
9740 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevil və Sevinc əkiz bacıları plastik əməliyyatdan bəhs ediblər.

Axşam.az-ın məlumatına görə, onlar aparıcılıq etdikləri “Hər şey daxil” verilişində müğənni Röya Ayxanın burnunun bərbad halda olduğunu deyiblər:

“Bir rəfiqəmiz Röya Ayxanın pərəstişkarı idi. Onu dəlicəsinə sevirdi. R.Ayxanın şəklini plastik cərraha aparıb ki, mən də bu cür burun istəyirəm. Lakin Röyanın burnu hazırda bərbad gündədir. Həkimlər rəfiqəmizi başa sala bilməyiblər ki, bu, uğursuz əməliyyatdır. Dedilər ki, gəl sənə başqa cür edək, qız razılaşmadı, burnunu əməliyyat etdirdi. Elə burundansa, etdirməmək yaxşıdır. Hazırda o qız peşmandır. Fikri Röyaya sevgisinə gedib, səhvə yol verib”.