Dəb və şou aləmi bir arada – fotolar

Dəb və şou aləmi bir arada – fotolar
1410 dəfə oxunub
  • A-
  • A
  • A+
İtaliyanın Verona şəhərində dünya şöhrətli xizəkçilərin və opera sənətçilərinin qatıldığı “İntimissimi on İce Opera Pop” (“Buz üzərində İntimissimi Pop Operası”) tədbiri keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə “İntimissi” geyim brendinin payız-qış kolleksiyaları göstərilib.
 
Nümayişdə rusiyalı model İrina Şeyk, braziliyalı model Anna Beatris Barros, türkiyəli aparıcı Burcu Əsmərsoy, model Tülin Şahin, Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızı Busə Terim kimi moda və şou dünyasının məşhur simaları iştirak ediblər.

Tədbiri xizəkçilərin möhtəşəm rəqsləri və opera müğənnilərinin klassik və müasir musiqiləri bəzəyib.