“Röya niyə inciyir ki?” – Abbas

“Röya niyə inciyir ki?” – Abbas
2030 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırov “Onlar” verilişində iddialı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, o, xaricdə klip çəkdirən ilk müğənni olduğunu deyib:
 
“Mən 2006-cı ildə xaricdə klip çəkəndə hələ heç kim bunu etməmişdi. “Aldanma” klipini Londonda çəkdim. Onu piar etmədim. Sadəcə efirlərdə yayımlandı. Ekran işini Londonda çəkdirməyimin elə özü reklam idi”.

A.Bağırov xalq artisti Zülfiyyə Xanbabayeva ilə iş birliyindən də bəhs edib:

“Zülfiyyə Xanbabayeva ilə duet olacaq. Onu çox sevdiyimdən bunu istədim. Üç mahnı yazmışam, təqdim edəcəm, hansını bəyənsə, ona klip çəkəcəyik”.

Sənətçi  xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxanın ortaq mahnısı olan “Təkcə səni”ni səsləndirməsinə aydınlıq gətirib:
 
“Bu, yeni il ərəfəsində bir layihə idi: bir müğənni başqa ifaçının mahnısını oxumalıydı. Mənə “Təkcə səni” verildi. Mən də Aygün Kazımovanın səsləndirdiyi, Emin Kərimiyə məxsus aranjimanı seçdim. E.Kəriminin işlərini sevirəm, mənim üslubumda aranjiman edir. Ona görə də, Aygün xanımın səsləndirdiyi versiyaya üstünlük verdim. Röya niyə inciyir ki? O, mənim dostumdur. Onun mahnısını oxuyub-oxumadım, fərq etməz. Yeri gəlmişkən, Aygün xanımın bundan xəbəri var idi. Çünki aranjimanı onun özündən almışdım”.