"Mən halal süd əmmişəm, bəziləri kimi..." - Nazpəri

"Mən halal süd əmmişəm, bəziləri kimi..." - Nazpəri
2728 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva “Şoubiz+” verilişinə müsahibəsində həmkarı İlhamə Quliyeva ilə bağlı sualları cavabsız qoyub.

Axşam.az-ın məlumatına görə, müğənni İ.Quliyeva ilə məhkəmə prosesi barədə suala bu cür reaksiya verib:
 
“Bu haqda qətiyyən danışmaq istəmirəm. Sonda da, əvvəldə də sözümü deyirəm. Mən halal süd əmmişəm. Vətənimin, torpağımın qədrini bilən olmuşam. Bir sifətim, amalım olub. Nankor deyiləm. Heç kimin yalan, böhtan sözlərinə uymuram. Yalan ayaq tutur, yerimir”.

N.Dostəliyeva pərəstişkarlarının sayəsində şux qaldığını deyib:
 
“Pərəstişkarlarım məni sevirlər. Onlar 5, 10 yaşlarından mənimlədirlər. İndi 20-25 yaşa çatanları var. Onlar üçün məndən başqa müğənni yoxdur. Fanatlarımın sadiqliyini sevirəm. Pərəstişkarlar var ki, bu gün birinin, səhər başqasının fanatı olurlar. Onlar İnstaqramda, “Facebook”da mənə yazırlar. Məni belə şux saxlayan, sevənlərim, yaxınlarım, dostlarım, bir də inam hissidir. Bəziləri kimi iki simam yoxdur”.